AZ   |   RU
“ABŞ-nin Tehranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur” - İran XİN sözçüsü

“Amerikalılar onlara aid olmayan işlərə qarışırlar”.


Missiya.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen-in İran ərazisindən dəhlizin yaradılmasında iştirakı ilə bağlı tənqidinə münasibət bildirərkən deyib. 


“Amerikalılar onlara aid olmayan işlərə qarışırlar. İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların Tehranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur”, - deyə siyasətçi vurğulayıb.


O, bildirib ki, amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübədən dərs almalıdırlar.



Daşqın Həsənov
Missiya.Az



  • 20-11-2023, 14:29