AZ   |   RU
Paşinyanın “Azərbaycanın yeni müharibə hazırlığı” barədə dediklərinə Moskvadan reaksiya

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Bakının guya müharibəyə hazırlaşması ilə bağlı fikirlərinə münasibət bildirib.


Xatırladaq ki, Paşinyan ATƏT Parlament Assambleyasının Yerevanda keçirilən iclası zamanı bildirib ki, Ermənistan Bakının irəli sürdüyü Qərbi Azərbaycan konsepsiyasına görə yeni eskalasiya təhlükəsi görür. 


Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov Paşinyanın açıqlaması ilə  bağlı jurnalistlərin sualını cavablandırarkən Bakının davranışı və bəyanatlarında Paşinyanin dediklərini təsdiq edən heç nə olmadığını deyib:

 “Biz Azərbaycan rəhbərliyindən tam fərqli bəyanatlar eşitmişik ki, onlar sülh müqaviləsi bağlamağa hazır olmaları barədə dəqiq danışırlar” deyə, Peskov vurğulayıb.


Elcan
Missiya.Az



  • 20-11-2023, 14:28