AZ   |   RU
Ermənistan KTMT müttəfiqlərindən ölkəyə yardımla bağlı sənədi gündəlikdən çıxarmağı xahiş edib

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ölkəyə yardımla bağlı sənədi gündəmdən çıxarmağı xahiş edib”. 


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.


“Kollektiv Təhlükəsizlik Şurasının tövsiyəsi Ermənistana yardımın verilməsi ilə bağlı qərarın yekunlaşdırılması idi. Bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, İrəvan tərəfi bu sənədə heç bir maraq göstərmədi və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdilər”, - deyə siyasətçi vurğulayıb.


Xatırladaq ki, KTMT-nin 2022-ci ilin noyabrında İrəvanda keçirilən sammitində Ermənistan baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamaqdan imtina edib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 20-11-2023, 14:24