AZ   |   RU
"Kinoya məcbur olub çəkildim" - Türkan Şoray


Türk kinosunun sultanı adlandırılan məşhur aktrisa Türkan Şoray sənətə gəlməsindən danışıb.

Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkan Şoray filmlərə anasının razılığı ilə çəkildiyini bildirib.

"Kinoya məşhur olmaq və ya dəbdəbəli həyat sürməyə görə başlamamışam. Məcburiyyətdən olub. Kinodan xəbərim yox idi. Cəmi 14-15 yaşında idim. Bir dəfə kinoya getmişdik. Anam iki uşağı ilə tək qaldı. Qardaşıma və mənə baxmalı idi. İşləyirdi, amma kifayət etmirdi. O vaxt vəziyyətimizi yaxşılaşdıracaq bir təklif idi. Anam çox fikirləşdi. Onun verdiyi qərarla həyatım dəyişəcəkdi", - deyə aktrisa əlavə edib.

Qeyd edək ki, T.Şoray türk kinoaktrisası olmaqla yanaşı, həm də ssenarist və rejissordur. Aktrisa Yeşilçamın ən önəmli simalarından biridir və Qərb ölkələrində Şərqin "Elizabet Teylor"u adlandırılır. 

Zərintac Mayisqızı
Missiya.Az




  • 6-11-2023, 12:40