AZ   |   RU
İsrail ordusu Qəzzada bir girovu azad edib


İsrail ordusu Qəzza zolağında quru əməliyyatları zamanı Fələstinin HƏMAS radikal təşkilatı tərəfindən girovluqda saxlanan bir hərbçini azad edib.


Missiya.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

“Bu axşam quru əməliyyatı zamanı oktyabrın 7-də HƏMAS terror təşkilatı tərəfindən qaçırılan sıravi Uri Maqidiş azad edilib”, - məlumatda deyilir.



  • 30-10-2023, 22:04