AZ   |   RU
Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb, xəsarət alanlar var
 
Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Missiya.Az
xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Məlumata görə, həmin şəxs Mingəçevir şəhər sakini Museyb Ələsgərovdur.

Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.




  • 27-07-2021, 17:02