AZ   |   RU
Zaurla Xoşqədəm jurnalistlərin tənqidinə tuş gəldilər

Televiziya aparıcıları Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyeva sosial şəbəkələrdə jurnalistlərin tənqidinə tuş gəliblər. Buna səbəb isə aparıcıların müəllifi olduqları verilişlərdə qətlə yetirilmiş müğənni Yaqut Nərimanın qətli və iş adamı Orxan Məmmədlinin intihar hadisəsi ilə bağlı lüzumsuz araşdırma aparmaları və efirdə xoşagəlməz ifadələrə yer vermələri olub


"Zaur Baxşəliyev adlı teleaparıcı müəllifi olduğu verilişdə hər iki hadisənin qurbanları ilə bağlı mənəviyyatdan, qanunun tələblərindən uzaq olan mövqe sərgiləyib, bu yöndə olan müzakirələrin açılmasına birbaşa şərait yaradıb. 


Həyat yoldaşı tərəfindən öldürülən 38 yaşlı müğənni Yaqut Nərimanın nəşi hələ məzara qoyulmamış, efirə müğənni Əli Mirəliyevi qoşub, ondan  hadisəyə münasibət öyrənib. 


Saçından-saqqalından, yaşından-başından utanmayan Əli Mirəliyev də gül ağzını açıb, faciəli şəkildə dünyasını dəyişən xanımın həyat tərzi, əxlaqı ilə bağlı lüzumsuz ifadələr işlədib. Zaur Baxşəliyev də reytinq xatirinə əxlaqdan, mənəviyyatdan uzaq olan və birbaşa hüquqi məsuliyyət yaradan həmin fikirləri efirə verib”. Bunu Azinform.Az saytının baş redaktoru Məhəmməd Qəribli özünün facebook hesabında yazıb.


Tanınmış jurnalist Arifə Əliyeva da məsələ ilə bağlı sərt fikirlər paylaşıb. O , Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək bu sözləri qeyd edib:


“Ayıbdır, televiziya millətin şəxsi həyatının müzakirə yeri deyil. Üstəlik ortada cinayət işi var. Reytinq xətrinə kiminsə şəxsi həyatını müzakirəyə çıxartmaq yol verilməzdir!


Elcan
Missiya.Az



  • 18-10-2023, 18:14