AZ   |   RU
Abşeron şəhidllərinin il dönümləri qeyd olunur - FOTOLAR


Xalqımızın düşmən üzərində şanlı qələbə qazandığı Vətən Müharibəsindən artıq 3 il ötür. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində və “Dəmir yumruq” ətrafında sıx birləşən yenilməz ordumuz döyüş meydanında düşməni diz çökdürərək Ermənistanı Kapultulyasiya Aktına imza atmağa məcbur etdi.



2020-ci il sentyabrın 27-də başlanan vətən savaşı noyabrın 9-da tariximizə Zəfər günü kimi qızıl hərflərlə yazıldı. 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ölkəmizin dünya miqyasındakı nüfuzunu artırmaqla yanaşı bir daha sübut etdi ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də bir çox yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad olundu. Neçə-neçə Vətən oğulları qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar.


Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Abşeronlu igidlərin bu günlərdə il dönümləri qeyd olunur. İl dönümlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon içtimaiyyəti iştirak edib. Rayon rəhbərliyi şəhidlərimiz Atayev Nicat Habil oğlu, Sadıqov Rahid Vahid oğlu, Dövlətzadə Cəbrayıl Dövlət oğlu, Ağakişiyev Nurlan Etibar oğlu, Quliyev Hətəmxan Məti oğlu, Nəcəfov Şamil Rəfi oğlu, Ələsgərov Ələkbər İsgəndər oğlu, Ataşov Asif Kərim oğlu, Həsənov Elşad Paşa oğlu, Mecdunov Xalid Zahir oğlu, Rəhimli Ülvi Rabil oğlu, Üseynov Ceyhun Elşad oğlu, Xəlilbəyli Turqut Nadir oğlu, Məmmədov Tərlan Müşviq oğlu, Musibov Veysəl Yadulla oğlu, Alxaslı Rəvan Cəmil oğlu, Sadıqov Rəsul Həşim oğlu, Mustafayev Nurlan Hamlet oğlu, Mikayılov Azər Əmrah oğlu, Musayev Vüsal Zakir oğlu, Əliyev Malik Təvəkkül oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb.


Qeyd edək ki, RİH rəhbərliyi tərəfindən şəhid ailələri mütamadi şəkildə yad edilir və onlarla müxtəlif formalarda görüşlər keçirilir. Şəhidlərin il dünümləri ilə yanaşı onların yubileyləri və övladlarının doğum günləri də qeyd olunur. O cümlədən Vətən müharibəsində böyük igidlik göstərmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə «Vətənə xidmətə gorə», “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid baş leytenant İlqar Vəliyevin 50 illik yubileyinə həsr olunan tədbir keçirilib. Keçirilən görüşlərdə bildirilib ki, cınab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bölgədə yeni sülh mühiti formalaşıb. 


Azərbaycanın bütün səylərinin mehriban qonşuluq və beynəlxalq hüququn prinsiplərinə söykəndiyi qeyd edilərək işğaldan azad olunan torpaqlarda həyatın gündən-günə canlandığı, rayon və kəndlərimizin bir-birinin ardınca yenidən qurulduğu vurğulanıb. Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.





  • 14-10-2023, 15:37