AZ   |   RU
Azərbaycanı etnik təmizləmədə ittiham etmək əsassız və qərəzlidir



Azərbaycanın sentyabrın 19-20-də yüksək peşəkarlıqla keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurlu olması bəzi ermənipərəst dairələrin həzm edə bilməməsinə gətirib çıxarıb. Belə ki, başda Avropa Parlamenti olmaqla, bəzi qərəzli mövqedə duranlar guya məlumat yayırlar ki, Azərbaycan xalqı Qarabağda yaşayan erməniləri ərazidən zorla çıxarır. Əllərində heç bir faktı olmadan yalançı məlumatları ilə dünyaya səs salmaq istəyirlər ki, Azərbaycan xalqına adətləri üzrə, şər-böhtan yağdırsınlar. Fikrimizcə, hər hansı fikir bildirəndə sübutlara əsaslanaraq yaymaq hər bir dövlətin, qurumun əsas prinsiplərindən olmalıdı. Fakt yoxdusa deməli, bütün dünyada gözdən düşmüş olursunuz. Necə ki, artıq Avropa Parlamentinin deputatlarının, ermənilərin Azərbaycana qarşı qərəzli əməlləri ortaya çıxır.

Necə tez unutdunuz ki, Azərbaycan xalqını öz dədə-baba yurdlarından işgəncələr verərək zorla çıxaran siz ermənilər idiniz. Bəs, onda bizim xalqımız bu haqsızlıqlara necə tab gətirdi ? Dahilərdən biri yaxşı deyib: “Müdrik insan bağışlayar ancaq unutmaz” Azərbaycan xalqı isə sizin etdiklərinizi unutmadı, sadəcə öz hümanistliklərindən istifadə edərək, bu gün könüllü olaraq şərait yaradır ki, qalıb birlikdə yaşayasınız. Biz faktlara əsaslanaraq, qeyd edirik ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı əsirlər boyu etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb. Biz isə xalq olaraq, səbr etdik və güclü ordumuzun sayəsində torpaqlarımızı işğaldan azad etməyi bacardıq.

 

Azərbaycan dövləti hər zaman Qarabağda yaşayan ermənilərə kömək etməyə hazırdır. Hətta dövlətimiz tərəfindən dəfələrlə müraciət olunur ki, qalıb birgə yaşamaq barəsində düşünsünlər. Ölkəmizdə bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Deməli, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra da eyni hüquqlara malik olacaqlar. Təsadüfi deyil ki, antiterror tədbirlərindən sonra prezident İlham Əliyev vurğulayıb: “ Qarabağ bölgəsində yaşayan erməni əhali əziyyət çəkməməli, dinc əhali müdafiə olunmalıdır”.

O da həqiqətdir ki, ermənilər üçün Vətən o qədər də önəmli deyil. Onların həyatları harada yaxşıdırsa, orada da yaşamağa çalışırlar. Hadisələrin gedişatı da onu deməyə əsas verir ki, Qarabağı tərk edən ermənilər Ermənistanda qalmayacaqlar. Son günlər mətbuatda yayılan xəbərlər də dediyimizi təsdiq edir. Qarabağı tərk edən ermənilərin əksəriyyəti Rusiyaya üz tutur. Hətta Rusiya mətbuatı ərazini tərk edən sakinlərin bir hissəsinin geri dönməyi planlaşdırması barədə məlumatlar da yayıb.

Bir sözlə, bütün dünya bilməlidir ki, Azərbaycanı etnik təmizləmədə ittiham etmək əsassız olmaqla yanaşı, həm də mənasızdır. Belə bir sözü Azərbaycan maarifçilərindən olan Abbasqulu Ağa Bakıxanov yaxşı deyib: “Fəlakət yalançılıqda olduğu kimi, nicat da doğruluqdadır”. Bəlkə də, Ermənistan dövləti  ta əvvəllərdən Azərbaycana qarşı qərəzli iddialardan əl çəksəydi, ikitərəfli danışıqlarda ədalətli olsaydı, hər işində nicat da tapmış olardı. Bu da erməni millətinin qurtuluşu, xilası olacaqdı.

Nurlana Əhmədova
Missiya.Az

 

 



  • 13-10-2023, 18:14