AZ   |   RU
"Beynəlxalq Qızlar Günü"nə həsr olunmuş "Kaman Səsi" tamaşa sərgi kompozisiyası keçirilib - FOTOLAR


"Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə "Beynəlxalq Qızlar Günü"nə həsr olunan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində müvəqqəti məskunlaşan uşaqlar və əməkdaşların təqdimatında "Kaman Səsi" tamaşa sərgi kompozisiyası keçirilib.


Missiya.Az xəbər verir ki, kompozisiyanın əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və müxtəlif növ zorakılığa məruz qalan uşaqların incəsənətə maraqlarının artırılması yolu ilə öz potensiallarının ortaya çıxarılmasına dəstək olmaqdır. Onların öz istəyi ilə bilik və bacarıqlarına uyğun istiqamətlərə yönəlməsinin və təhsil almalarının əhəmiyyətini vurğulamaqdır.


Fikirlərini Missiya.Az-la bölüşən AUİB-nin sədri Kəmalə Ağazadə deyib ki, kompozisiya 3 hissədən ibarətdir. 1-ci hissə uşaq sığınacağı reabilitasiya mərkəzinin sakinlərinin yaradıcılığı əks etdirən, 2-ci hissə onların həyat hekayələrində aid videoçarxların nümayişi və eyni zamanda həmin balacaların kamanın səsi olaraq öz səslərini cəmiyyətə çatdırmaqdır: "Məişət zorakılığına düçar olmuş qızlar, gənclər və yeniyetmələrin öz səsini cəmiyyətə çatdırması düşünürəm ki, valideynlərə, ailələrə, dövlət qurumlarına, QHT-lərə və ümumiyyətlə hər kəsə böyük mesajdır. Biz" özgə uşağı olmur" deyərək bir yola çıxmışıq. Artıq 16 ildir ki, bu sığınacağın vasitəsilə yüzlərlə uşaq reabilitasiya olunub, minlərlə övlad ailələrinə dönüb. Onların düzgün yolda addımlamaları üçün əlimizdən gələni edirik".


Tamaşanın yekununda sığınacaq sakinləri rəsmi qonaqlar tərəfindən sertifikatlar və hədiyyələrlə təltif edilib.


Qeyd edək ki, tədbir, həmçinin, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu,ACCFİN GROUP,”Oriflime” şirkəti, ”Amigro” Psixoloji Nitq Mərkəzi və "Uniforma” Housegroup-un dəstəyi ilə təşkil olunub.


Zərintac Mayisqızı
Missiya.Az




  • 11-10-2023, 21:39