AZ   |   RU
Gələn il növbədənkənar parlament seçkiləri keçirilə bilər?


2025-ci ildə Azərbaycanda ən böyük siyasi hadisə prezident seçkisidir. Maraqlıdır ki, parlament seçkisi də məhz 2025-ci ilə təsadüf edir. Belə olan halda iki ciddi siyasi hadisənin eyni ilə təsadüf etməsi ölkə üçün hansı çətinliklər yarada bilər?


Bir müddət öncə bəzi məlumatlar var idi ki, iki seçkinin eyni ilə təsadüf etməməsi üçün 2024-cü ildə övbədənkənar parlament seçkisi keçiriləcək.


Bu iddianın doğru olub-olmaması ilə bağlı Missiya.Az-a danışan millət vəkili Nəsib Məhəməliyev “Növbədən kənar parlament seçkisinin keçiriləcəyi ilə bağlı məlumatım yoxdur”,- deyə bildirib:


“Bu tipli informasiyalar zaman-zaman, dövriyəyə buraxılır. Düşünürəm ki, hazırki parlament kifayət qədər səmərəli şəkildə fəaliyyət göstərir və qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlir. Bu baxımdan, hesab edirəm ki, növbədənkənar parlament seçkisinin keçirilməsi üçün ciddi zərurət yoxdur”.


Müstəqil siyasi ekspertlər isə Parlament seçkilərinin 2024-cü ildə keçiriləcəyini real ehtimal hesab edirlər. Belə fikirlər var ki, ki mühüm siyasi hadisənin eyni ildə keçirilmməsi üçün parlament seçkilərinin vaxtı dəyişə bilər.


Missiya.Az



  • 10-10-2023, 12:21