AZ   |   RU
Uğursuz rəhbər, uğursuz siyasət - Makron öz iyrənc yanaşmaları ilə Fransanı daxildən çürüdür...

 
İnsan hüquqları insanın qoruyucu təbəqəsi kimidir. Bu hüquqlar bizi mühafizə edir, kimin bizə  necə davranmalı olduğunu izah edir. İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Fransada isə bu hüquqların pozulması, irqi ayrı- seçkiliyin yüksək həddə çatması daima gündəmdə olan mövzulardandır. Xoşagəlməz hərəkətləri ilə beynəlxalq aləmdə getdikcə gözdən düşən Fransa  ölkə daxilində də xaos və böhranla qarşı-qarşıya qalıb və ciddi problemlər yaşamaqdadır.

Apardığımız araşdırmalar onu göstərir ki, Fransada vəziyyət o yerdədir ki, insanların şəhərdən uzaqlaşdırılması, yadlaşma və günahsız kəslərin damğalanması ölkədə normal hal kimi qəbul edilir. Görün, ölkə nə vəziyyətə qalıbsa, burda insanlar öz inanclarına uyğun yaşamaqda belə çətinlik çəkirlər. Müsəlman qadınların geyimləri, dini atributlardan istifadə etməsi ilə bağlı ciddi qadağalar tətbiq olunub,   onlar sərbəst ibadət etmək hüququndan məhrum edilib. Təsadüfi deyil ki, 2020 ci ildən bu günə qədər Fransada   90-na yaxın məscidin fəaliyyəti dayandırılıb.Məhəmməd peyğəmbərin karikaturasını ilk yayan ölkənin Fransa olması məhz dediyimizi təsdiqləyir. Ölkədə son dövrlər müsəlmanların ibadət azadlığını məhdudlaşdıran o qədər qanun qəbul edilib ki. Məhz bu qanunlar ölkədə müsəlmanlara münasibətin hansı səviyyədə olduğunu əks etdirir. Fransada hakimiyyət tərəfindən İslamın təhlükəli bir din kimi təqdim edilməsi insanların ölkənin müsəlman əhalisindən qorxmağa başlamasına gətirib çıxarıb.

Bir də o varki, illərdir Fransanın İŞİD-lə əlaqəsi də tənqid olunur. Bununla bağlı, ”TRT World” kanalının faktlar əsasında ekrana çıxardığı sənədli film Fransa rəhbərliyində təmsil olunan şəxslərin beynəxalq terrorçuluğa dəstək verməklə, bəşəri dəyərlərə xəyanətinin növbəti sübutlarından oldu.

Fransanın bugünkü vəziyyətinə qısaca nəzərə salsaq bunu görərik - ölkəni bürüyən etiraz aksiyaları, bahalaşma, uğursuz siyasət, polis özbaşınalığı. Dəhşətli hal isə orasıdır ki, Makron tarixdə təkcə daxildə həyata keçirdiyi uğursuz siyasəti ilə deyil, həm də digər ölkələrin daxili işlərinə qarışmaqla yadda qalmaq istəyir.

Sözsüz ki, Azərbaycan xalqı Fransanı yaxşı tanıyır. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra Emmanuel Makronun bu qələbəyə qısqanclıqla yanaşması da danılmaz faktdır. Vətən müharibəsi zamanı Azərbaycanın əleyhinə BMT-də qətnamə qəbul olunması üçün əlindən gələni etməyə çalışan Makronun çirkin simasını o zamandan görmüşük. Azərbaycana böhtanlar atmağın şahidi olmuşuq. Bu gün də Fransa hökuməti ölkədə islamın məhvinə sistemli yanaşma yaratmağa çalışır.

Prezident Emmanuel Makron ölkəsində xaosun, özbaşınalıqların hökm sürdüyü, insanlar arasında dil, din fərqi qoyulduğu halda Azərbaycan ölkəsi haqqında  açıq-aşkar, heç bir siyasi-diplomatik əxlaq normasına sığışmayan fikirlər səsləndirərkən xəcalət çəkirmi? Əlbəttə ki, yox. Atalarımızın dediyi kimi, ”atı atın yanına bağlasan, həmrəng olmasa da həmxasiyyət olar”. Çünki, Fransanın  həmxasiyyət olduğu işğalçı Ermənistan dövləti var. Ermənistanla dostluq edən ölkədən yaxşı nə gözləyə bilərik ki. Nə Makron, nə də  Paşinyan hələ də anlamayıblar ki, Azərbaycan onların təzyiq edə biləcəyi ölkə deyil. Makrona isə məsləhətimiz budur ki, Azərbaycana qarşı çirkin kampaniyalar aparıb,  əsassız ittihamlar səsləndirmək əvəzinə, çevrilib öz uğursuz  siyasətinə göz gəzdirsin. Çünki, Fransanın nüfuzuna vurduğu zərbənin bərpası üçün daha neçə onilliklər lazım olacaq. Əlbəttə, əgər bərpa etmək istəsələr...

Nurlana Əhmədova
Missiya.Az



  • 6-10-2023, 18:29