AZ   |   RU
Sabahın hava proqnozu AÇIQLANDI: Dəniz suyunun temperaturu necə olacaq?

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28 dərəcə, gündüz 35-39 dərəcə isti olacaq. Bakıda gecə 25-27 dərəcə, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27 dərəcə, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42-44 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz  27-32 dərəcə isti olacaq.



  • 19-07-2021, 17:00