AZ   |   RU
Ramin Əhmədovun məqaləsi İndoneziya mediasında yayımlanıb


İndoneziyanın aparıcı KİV orqanlarında Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Heydər Əliyev və Azərbaycan-İndoneziya münasibətləri” mövzusunda məqaləsi çap olunub.

Missiya.Az xəbər verir ki, məqalədə Azərbaycanla İndoneziya arasında münasibətlərin inkişafının ciddi əhəmiyyət daşıdığı, hazırda ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğu, bu münasibətlərin qurulması və inkişafının  ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib.

Məqalədə İndoneziyanın Azərbaycanda sabiq səfiri Caki C.Vanyonun etimadnaməsini mərhum prezident, Ulu Öndər Heydər Əliyevə təqdim etməkdən böyük fərəh duyduğu haqqında məlumat verilib.

Ümummilli lider Azərbaycan-İndoneziya münasibətlərinin inkişafının təməlini qoyarkən, bu ölkə haqqında müsbət fikirlər səsləndirib və onun önəmi barədə danışıb. Onun İndoneziya ilə əlaqələrin inkişafına xüsusi önəm verməsi bu gün ölkələrimiz arasında əlaqələrin  inkişafında müstəsna rol oynadığı qeyd edilib.

Ulu öndərin İndoneziya ilə bağlı yürütdüyü siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyi,  Prezident cənab İlham Əliyevin 16 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Sərəncamı diqqətə çatdırılıb.

Məqalədə Azərbaycanla İndoneziya arasında güclü və etibarlı tərəfdaşlıq, dostluq münasibətləri formalaşması, ölkələrimiz beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyi,  buna misal olaraq BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarında birgə əməkdaşlığı vurğulanıb.

https://www.beritainn.com/nasional/hubungan-antara-azerbaijan-dan-indonesia-terjalin-baik-berkat-peran-dari-haidar-aliyev.html

http://koranprogresif.co.id/haidar-aliyev-memiliki-peran-penting-dalam-hubungan-azerbaijan-dengan-indonesia/

https://www.yofamedia.com/2023/10/peran-serta-haidar-aliyev-dalam.html



  • 4-10-2023, 12:55