AZ   |   RU
Əməkdar jurnalist Elman Məmmədov vəfat edib

Əməkdar jurnalist Elman Məmmədov vəfat edib.


Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Məmmədov ömrünün 73-cü ilində vəfat edib. 


O, 52 il "Şərurun səsi" qəzetində baş redaktor vəzifəsində çalışıb.


Elman Məmmədov 15 may 1950-ci ildə Şərur rayonunun Düdəngə kəndində anadan olub. 


Naxçıvan televiziyasının kollektivi Elman müəllimin ailəsinə və doğmalarına dərin hüznlə baş sağlığı verir. 


Allah rəhmət etsin !


  • 29-09-2023, 22:02