AZ   |   RU
Rusiya müharibə başlayandan bəri 90 təyyarə itirib - Britaniya kəşfiyyatı


"2022-ci ilin fevralından bəri Rusiya Aerokosmik Qüvvələri (VKS) döyüşlərdə 90-a yaxın təyyarə itirib".

Missiya.Az 
"RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Britniya kəşfiyyatı məlumat yayıb.

Bildirilib ki, bəzi növ döyüş təyyarələri daha intensiv uçuşlar icra edir. Bir çoxu Rusiya Aerokosmik Qüvvələrinin planlaşdırdığından daha tez istismar müddətini başa vuracaq.

Qeyd olunub ki, əlavə texniki xidmətə ehtiyac artan tələbat və beynəlxalq sanksiyalar səbəbindən ehtiyat hissələrinin çatışmazlığı ilə çətinləşir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 28-09-2023, 10:52