AZ   |   RU
Zabelin susqunluğunu nə zaman pozacaq?

 

Azərbaycan multikultural dəyərləri ilə bütün dünyada tanınır. Ölkəmiz azsaylı ökələrdəndir ki, burada bütün etnik azlıqların və dini konfessiyaların nümayəndələri azad, təhlükəsiz, rahat və bərabərhüquqlu həyat sürürlər. 


Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürüdən və bunu yaxın keçmişdə, həm də bütün dünyanın gözü önündə həyata keçirən erməni separatçıları “güzgüyə baxıb, adlarını özgəyə qoymaq” istyirlər. 


Son çarə olaraq, Azərbaycanın antiterror tədbirlərini “etnik təmizləmə” kimi təqdim etməyə çalışır, və bununla da məsələni hüquqi müstəviyə daşıyaraq, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana təzyiqinə nail olmaq planı üzərində işləyirlər. 


Təbii ki, bütün bu planlar iflasa uğrayacaq. Azərbacan ən yüksək səviyyədə mülki erməni əhalisinin təhlüksizliyinə tam zəmanət verib. Müxtəlif ictimai-siyasi şəxslər də də barədə mütəmadi olaraq öz mövqelərini dilə gətirirlər. Amma ən effektli açıqlamalar Azərbaycanda yaşayan və statuslu etnik azlıq nümayəndələri tərəfindən verilməlidir. 


Məsələn “Rus icmasının rəhbəri, uzun illərdir parlamentdə təmsil olunan Mixail Zabelin tərəfindən bu istiqamətdə açıqlama gözləsək də təssüf ki, hörmtli millət vəkilimiz hələ də susqundur. Halbuki erməni separatçılarına cavab olaraq bildirə bilər ki, etnik azlıq olaraq nəinki Azərbayanda təzyiqlərə məruz qalır, hətta siyasətlə məşğul ola bilir və uzun müddətdir ki, parlamendə təmsil olunur. 


Eyni zamanda burada rus icmasının üzvlərinin rahat yaşamasından, azərbaycanıların onlara isti mnasibətindən danışa bilər. Ümid edirik ki, belə bir həssas dönəmdə Zabelin müəllimdən bu istiqamətdə verilən açıqlamanın şahidi olacağıq. 


Missiya.Az



  • 22-09-2023, 12:22