AZ   |   RU
“Ukrayna ABŞ ilə birlikdə müasir silahlar istehsal edəcək” - Zelenski

“Ukrayna ABŞ ilə birlikdə müasir silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri istehsal edəcək”.


Missiya.Az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.


“Uzunmüddətli razılaşma çərçivəsində biz birlikdə çalışacağıq ki, Ukrayna Amerika ilə birlikdə lazımi silahları istehsal etsin. Bu, bizim birliyimizin yeni səviyyəsidir”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, əməkdaşlıq Ukraynanı yeni sənaye bazası və iş yerləri ilə təmin edə biləcək.


"Biz ABŞ ilə birlikdə silah istehsal etmək üçün yeni müdafiə ekosistemi yaratmağa hazırlaşırıq ki, birlikdə azadlığı və həyatın qorunmasını daha da gücləndirə bilək. Bunun qlobal müsbət nəticələri olacaq", - deyə Zelenski bildirib.

 



Daşqın Həsənov
Missiya.Az



  • 22-09-2023, 10:43