AZ   |   RU
Zelenski yaxın günlərdə ABŞ-a səfər edəcək

Ukrayna prezidenti Volodimir Zelenski yaxın günlərdə ABŞ-a səfər edəcək. 


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.


Məlumata görə, Zelenski orada o, BMT Baş Assambleyasında çıxış edəcək, BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək, həmçinin dünya liderləri, o cümlədən ABŞ prezidenti Co Baydenlə görüşəcək.


Qeyd edək ki, təhlükəsizlik səbəbindən Zelenskinin səfərinin dəqiq tarixi açıqlanmır.




Daşqın Həsənov
Missiya.Az



  • 18-09-2023, 16:57