AZ   |   RU
EBRD Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaları artırmaq istəyir


Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməyə davam etmək niyyətindədir.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə EBRD-nin birinci vitse-prezidenti Yurgen Rigterink bildirib.

Görüşdə, həmçinin, bankla əlaqələrin mövcud vəziyyəti, həyata keçirilən birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Azərbaycanın EBRD ilə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb, ölkəmizin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib.

Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.
Y.Rigterink Bankın ölkəmizlə səmərəli əməkdaşlığını qeyd edib və bildirib ki, Azərbaycanın iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaradıb.

Tərəflər Azərbaycan-EBRD əlaqələrinin mövcud vəziyyəti, həyata keçirilən birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.



  • 7-09-2023, 19:22