AZ   |   RU
Zəlzələdən sonra Hatayda ağır ziyan dəymiş 8 bina sökülüb


Türkiyənin Kahramanmaraş vilayəti baş verən zəlzələlərdən zərər çəkən Hatayda ağır ziyan dəymiş binaların dağılması davam edir.

Missiya.Az 
xəbər verir ki, Anadolu Agentliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 6-da baş vermiş təbii fəlakətdən sonra sökülməsi qərara alınan binalarda işlər şəhər mərkəzində və rayonlarda davam etdirilib.

Bu çərçivədə qruplar Antakyanın Narlıca mahalında ağır zərər görmüş 8 bina ətrafında tədbir alıb.

Binalar nəzarətli şəkildə tikinti texnikası ilə sökülüb. 


Qeyd olunub ki, söküntüdən sonra yük maşınlarına yüklənmiş tullantılar zibilxanalara daşınıb.

Zərintac Mayisqızı
Missiya.Az



  • 1-09-2023, 16:14