AZ   |   RU
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı


Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.


Missiya.Az Qol.az-a istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. Türkiyənin "Qalatasaray" klubu A qrupunda "Bavariya", "Mançester Yunayted" və "Konehagen"lə mübarizə aparacaq.

A qrupu: “Bavariya” (Almaniya), “Mançester Yunayted” (İngiltərə), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə).

B qrupu: “Sevilya” (İspaniya), “Arsenal” (İngiltərə), PSV (Niderland), “Lans” (Fransa).

C qrupu: “Napoli” (İtaliya), “Real” (İspaniya), “Braqa” (Portuqaliya), “Union” (Almaniya).

D qrupu: “Benfika” (Portuqaliya), “İnter” (İtaliya), “Zaltsburq” (Avstriya), “Real Sosyedad” (İspaniya).

E qrupu: “Feyenoord” (Niderland), “Atletiko” (İspaniya), “Latsio” (İtaliya), “Seltik” (Şotlandiya).

F qrupu: PSJ (Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Milan” (İtaliya), “Nyukasl” (İngiltərə).

G qrupu: “Mançester Siti” (İngiltərə), “Leyptsiq” (Almaniya), “Srvena Zvezda” (Serbiya), “Yanq Boyz” (İsveçrə).

H qrupu: “Barselona” (İspaniya), “Portu” (Portuqaliya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Antverpen” (Belçika).

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19-20 sentyabr, 3-4 oktyabr, 24-25 oktyabr, 7-8 noyabr, 28-29 noyabr və 12-13 dekabr tarixlərində keçiriləcək.




  • 31-08-2023, 21:06