AZ   |   RU
"Rusiya kommunikasiyaların açılmasında maraqlıdır" - Lavrov bəyan etdi


"Biz Türkiyə ilə, o cümlədən Cənubi Qafqazda əməkdaşlığın dərinləşməsinin tərəfdarıyıq".



Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.


“Biz Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməkdə, o cümlədən 2022-ci ilin noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların, o cümlədən nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasına dair razılaşmaların həyata keçirilməsində maraqlıyıq. Biz əminik ki, Türkiyə bu səylərdə çox konstruktiv və faydalı rol oynaya bilər”, - Rusiya XİN rəhbəri bildirib. 


Elcan
Missiya.Az


  • 31-08-2023, 19:48