AZ   |   RU
Naxçıvan Dövlət Universitetinin adı Böyük Britaniyada GMC siyahısına daxil edilib - NDU-nun rektoru


"Azərbaycanda tibb təhsili həyata keçirən ali təhsil müəssisəsi kimi Naxçıvan Dövlət Universitetinın adı bu günədək “World Directory of Med Schools” siyahısında olsa da, artıq GMC (General Medical Council) siyahısına da daxil edilib" .



Missiya.Az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev öz feysbuk hesabında paylaşım edib. 

Elbrus İsayev vurğulayıb ki, universitetin Tibb ixtisasında oxuyan tələbələrin uzmanlıq təhsillərini xarici ölkələrdə almaları üçün diplomun tanıdılması xüsusi əhəmiyyət daşıyır. 

"Bu baxımdan artıq Naxçıvan Dövlət Universitetinın diplomu Böyük Britaniyada tanınır və “acceptable overseas qualification” statusu alıb. Məzunlarımızın xaricdə yüksək ixtisas qazanmaları üçün yeni bir cığır açıldı. Bu münasibətlə kollektivimizi, xüsusilə tibb təhsili alan gələcəyin həkimlərini təbrik edir, uğurlar arzulayırıq", - deyə o qeyd edib.


Missiya.Az 



  • 31-08-2023, 19:28