AZ   |   RU
Aİ ildə 1 milyondan çox artilleriya mərmisi istehsal edəcək

 

Aİ ölkələri sənayenin ildə 1 milyondan çox sursat istehsal etmək qabiliyyətini inkişaf etdirəcək layihələri yekunlaşdırır. 


Missiya.Az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə daxili bazar üzrə Avropa komissarı Tyerri Breton danışıb.


"Müzakirələr, əsasən, uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə davam etmək, onun ehtiyaclarını, xüsusən də döyüş sursatını ödəmək qabiliyyətimiz ətrafında davam edəcək. Sizə xatırlatmaq istəyirəm ki, biz çox tez bir zamanda ASAP adlanan hüquqi akt yarada bilmişik. (sursat istehsalına dəstək aktı-red. )”, - Breton bildirib. 


Onun sözlərinə görə, Aİ ölkələrinin məqsədi hər il 1 milyondan çox sursat istehsal etməkdir. 


Leyla SƏMƏNDƏR
Missiya.Az





  • 30-08-2023, 13:58