AZ   |   RU
Türkiyə XİN: "Hakan Fidanın Rusiyaya səfəri iki gün davam edəcək"

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri iki gün davam edəcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, H.Fidan sabah, avqustun 31-də Rusiyaya gedəcək. Səfər sentayabrın 1-dək davam edəcək.

Türkiyə XİN başçısı səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Tərəflər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəklər.



  • 30-08-2023, 13:49