AZ   |   RU
“Barselona” yeni müqavilə imzalayacaq


İspaniyanın “Barselona” klubu qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqavilə imzalayacaq.

Missiya.Az 
xəbər verir ki, xarici KİV məlumat yayıb.

Bildirilib ki, məşhur insayder Fabritsio Romanonun məlumatına görə, Kataloniya təmsilçisi almaniyalı qolkiperlə beşillik sözləşməni razılaşdırıb.

Qeyd edək ki, 31 yaşlı qapıçının hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ter Ştegen 2014-cü ildən “Barsa”da oynayır.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-08-2023, 17:14