AZ   |   RU
Tver yaxınlığında qəzaya uğrayan təyyarənin qalıqları altından 7 nəfərin cəsədi çıxarılıb


Göyərtəsində “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin olan təyyarənin Tver vilayətində qəzaya uğradığı yerə gələn xilasedicilər 7 nəfərin cəsədini çıxarıblar.


Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Boloqovski rayonunun vahid növbətçi-dispetçer xidməti bildirib.

Qəza yerinə təcili yardım briqadası göndərilib.

Qəza nəticəsində ümumilikdə 10 nəfərin öldüyü qeyd edilir.



  • 23-08-2023, 23:59