"İnsanların milli təəssüb, milli ruhla yetişməsi bu günkü Azərbaycan dövlətinin ən ali məqsədidir. Bu mənada Azərbaycanın birinci vitse-prezidentinin geyim dili hər zaman diqqət çəkir".
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, tanınmış jurnalist Jalə Mütəllimova özünün Facebook səhifəsində yazıb.
O, Özbəkistan prezidenti və xanımı üçün verilən ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əlbisəsinə diqqət yönəldərək, geyimin çiyinliyindəki milli ornamentlərdən bəhs edib: "Qəhvəyi çalarlı çiyinlik diqqətimi çəkdi. Xatırlayıram, çiyinliyin ornamentləri haqda maraqlı məlumatla da qarşılaşmışdım. Bu ornamentlər on yeddinci əsrə aid Şirvan xalçasından götürülüb. Həmin xalça 2017-ci ildə Azərbaycan Milli Xalça Muzeyinin 50 illiyi münasibətilə Avstriya Hərrac Evindən alınıb və hazırda muzeydə saxlanılır. Xanım Əliyevanın geyindiyi çiyinlik tarixən Azərbaycan xanımlarının əlbisə üstlüklərindən sayılır. Ancaq Cənubi Qafqazın müsəlman-türk qadınlarının geyim tərzidir. Birinci xanım üçün hazırlanan bu çiyinliyi azərbaycanlı dizayner Rüfət Ismayıl tərtib edib. Məlumatlara görə Mehriban xanım uzun zamandır azərbaycanlı dizaynerlərin milli ornamentli geyimlərindən istifadəyə önəm verir. Bu, SEVGİDİR. Yəni mənəviyyat məsələsidir, yaxşı nümunədir. Çox qürurvericidir!"
Elcan
Missiya.Az