AZ   |   RU
Türkiyədə oteldə yanğın olub, 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Türkiyənin Antalya bölgəsində tarixi Kaleiçi ərazisində yerləşən butik oteldə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Missiya.Az Report-a xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Ölənlərdən biri Livanəsilli turistdir. Yaralılar hospitala yerləşdirilib.

Yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.



  • 22-07-2023, 13:57