AZ   |   RU
Cənubi Koreyanın ilk yüngül döyüş təyyarəsi FA-50 Varşavaya çatdırılıb


Koreya Respublikasının (Cənubi Koreya) istehsalı olan ilk FA-50 yüngül döyüş təyyarəsi Polşaya çatdırılıb.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak tviterdə bildirib.

“Polşa ordusu üçün ilk iki FA-50 təyyarəsi artıq Polşadadır! Cənubi Koreyada sifariş edilən, postsovet texnikasını əvəz edən yüngül döyüş təyyarələri HHQ-nin potensialını gücləndirəcək”, - Blaşçak qeyd edib.

Xatırladaq ki, daha öncə Polşanın müdafiə naziri Cənubi Koreya təyyarələrinin ölkəyə tədarükünə başlandığını elan etmişdi. Ümumilikdə Varşava Seuldan FA-50-nin 48 nüsxəsini almaq niyyətindədir.



  • 10-07-2023, 23:45