AZ   |   RU
Türkiyə İsveçin NATO-ya üzv olmasına imkan verməyəcək – “Bu, realllaşmayacaq arzudur”


İsveçin NATO-ya daxil olması Ankaranın tələblərini yerinə yetirməkdən boyun qaçıran Stokholmun reallaşmayacaqarzusudur. 


Missiya.Az xəbər verir ki, bunu “Milliyet” qəzetinə müsahibəsində Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.


“Türkiyə, İsveç və Finlandiya arasında üçlü saziş var. Onlar təxribat xarakterli hərəkətlər edəcək və NATO-ya üzv olmaq üçün icazə istəyəcəklər. Bağışlayın, Türkiyə sözündən məsul olan bir ölkədir. Nə deyirsə, nə vəd edirsə, yerinə yetirir, amma biz həm də rəqiblərimizin sözünün üstündə durmasını istəyirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO-ya üzvlük gözləmək sadəcə xəyaldır”, - deyə parlament sədri vurğulayıb.


Kurtulmuş qeyd edib ki, "terror təşkilatlarını dəstəkləyən və onlara sığınacaq verən" İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı "Türkiyə güclü təzyiq edilir". “Türkiyə isə tələb etdiyi həyata keçməyincə bu məsələdə addım atmayacaq”.


Elcan

Missiya.Az



  • 3-07-2023, 16:49