AZ   |   RU
Sergey Şoyqu Priqojinin üsyanına münasibət bildirib

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilk dəfə Yevgeni Priqojinin üsyanınına münasibət bildirib.


Missiya.Az xəbər verir ki, o, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb. 


“Bu planlar ilk növbədə ona görə baş tutmadı ki, silahlı qüvvələrin şəxsi heyəti hərbi anda və hərbi borcuna sadiqlik nümayiş etdirdi. Onlara göstərdikləri xidmətə görə təşəkkür edirəm”,-deyə o bildirib.


Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.


Leyla SƏMƏNDƏR
Mİssiya.Az



  • 3-07-2023, 16:33