AZ   |   RU
İran sərhədçiləri 4 Əfqanıstan vətəndaşını öldürüb

 

4 Əfqanıstan vətəndaşı İran sərhədçiləri tərəfindən öldürülüb.



Missiya.Az
“Azad İran”a istinadən xəbər verir ki, bu barədə "İndependent Farsi"  məlumat yayıb. 

 

Məlumata görə, ölənlər yoxsulluq və işsizlik ucbatından qanunsuz yollarla İrana getməyi planlaşdıran Əfqanıstanın şimal əyalətlərinin sakinləridir və cəsədləri hazırda Zərənc şəhərindəki dövlət xəstəxanasındadır.


Əfqanıstanın Nimruz əyalətindəki yerli mənbələr bildiriblər ki, İran sərhədçilərinin açdığı atəş nəticəsində 4 Əfqanıstan vətəndaşı ölüb, 1 nəfər isə yaralanıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 3-07-2023, 15:34