AZ   |   RU
Ərdoğan İran Prezidenti ilə regional məsələləri müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.


Qeyd olunub ki, iki lider Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.

Danışıq zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.



  • 29-06-2023, 18:31