AZ   |   RU
Rusiyada kursantlar zəhərlənib
 
Rusiyanın Yekaterinburq Ural Hüquq İnstitutunun 36 kursantı zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Missiya.Az  TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kursantların vəziyyəti qənaətbəxşdir.

Məsələ ilə bağlı araşdırma aparılır.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 25-06-2023, 17:07