AZ   |   RU
Masallıda gənc süni göldə batıb
 
Masallı rayonunda 18 yaşlı gənc süni göldə batıb.

Missiya.Az xəbər verir ki, Report'un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Babaküçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlu süni göldə boğulub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu axtarışlar aparır.

Faktla bağlı araşdırmalara başlanılıb.


  • 23-06-2021, 20:35