AZ   |   RU
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə sülh prosesini müzakirə edib


21 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında görüş keçirilib.



XİN-dən Missiya.Az-a bildirilib ki, görüş zamanı Azərbaycan-Şimali Makedoniya arasında ikitərəfli əlaqədar, ATƏT gündəliyində duran məsələlər, habelə sülh prosesinin cari vəziyyəti müzakirə edilib.


Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafı üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıblar.


Görüş zamanı, həmçinin, Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri barədə məlumat verilib. Əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb. Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları qeyd olunub.


Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



  • 21-06-2023, 20:44