AZ   |   RU
Kanalda batan 17 yaşlı oğlanın meyiti çıxarılaraq təhvil verildi


9 iyunda Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Missiya. Az xəbər verir ki, FHN-nin Mətbuat xidmətindən bildirilib ki, Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun meyiti batdığı ehtimal olunan yerdən 450 metr aralıda aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



  • 10-06-2023, 18:29