AZ   |   RU
Stoltenberq NATO ölkələrini Ukraynaya humanitar yardım göstərməyə çağırıb


“NATO ölkələri ekoloji fəlakətlə əlaqədar Ukraynaya yardım göstərməlidir”.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın komissiya iclasında bildirib.

O, alyans ölkələrini ekoloji fəlakətə görə Ukraynaya təcili humanitar yardım göstərməyə çağırıb.

Qeyd edək ki, iyunun 6-da gecə saatlarında baş verən partlayış nəticəsində Kaxovka su elektrik stansiyasındakı bəndin 28 dirəyindən 11-i dağılıb.



  • 8-06-2023, 19:52