AZ   |   RU
NATO Kosovo Qüvvələrinə komandanlıq oktyabrda Türkiyəyə keçəcək


Türkiyənin NATO Kosovo Qüvvələrinə (KFOR) komandanlığı bu ilin payızında rotasiya çərçivəsində alacağı gözlənilir.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, oktyabrda NATO qüvvələrinin rəhbərliyi İtaliyadan alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya malik Türkiyəyə keçəcək.

Bu addım Kosovonun şimalında baş verən son münaqişədən əvvəl planlaşdırılıb.

Agentliyin məlumatına görə, hələlik Türkiyənin namizədliyi rəsmən təsdiqlənməyib.



  • 8-06-2023, 18:18