AZ   |   RU
Ermənistan Rusiyaya sanksiyalardan yan keçməyə kömək edir - ABŞ Dövlət Departamenti

“Qərbin sanksiyalarla bloklamağa çalışdığı Rusiyaya mikroçiplərin və əsas elektron komponentlərin tədarükü artıq əvvəlki səviyyəyə qayıdıb. Postsovet ölkələri bu işdə Rusiya Federasiyasına kömək edir”.


Missiya.Az  “Politico” qəzetinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Sanksiyaların Koordinasiyası İdarəsinin rəhbəri Cim O`Brayen deyib.


“Avropa şirkətləri elektron məhsulları üçüncü ölkələrə satır, oradan isə Rusiyaya təkrar ixrac olunur. Söhbət müasir silah sistemlərinin yaradılması üçün zəruri olan mikroçiplərdən, prosessorlardan, elektron lövhələrdən gedir”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, əsas təkrar ixrac axınları NATO üzvü olan Türkiyədən keçməklə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Ermənistan və Qazaxıstan vasitəsilə Rusiyaya ötürülür.


Qeyd olunub ki, Rusiya Qərbin sanksiyalarına qarşı durmaq imkanlarını artırır.

 



Daşqın Həsənov
Missiya.Az



  • 8-06-2023, 13:34