AZ   |   RU
"Rusiya Kaxovka su elektrik stansiyasına (SES) hücumda əli yoxdur"- Peskov

 

"Kaxovka SES-də Ukraynanın təxribatı Kiyevin əks-hücum cəhdlərində məqsədlərinə çatmaması ilə bağlıdır. Kaxovka su elektrik stansiyasına hücum Kiyevin sifarişi ilə həyata keçirilib, ona görə də bu vəziyyətin nəticələrinə görə bütün məsuliyyəti Ukrayna öz üzərinə götürməlidir”. 

 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirb.

 

“Ukraynanın Kaxovka su elektrik stansiyasında təxribatı regionun bir neçə on minlərlə sakini üçün çox ağır nəticələrə səbəb ola bilər. Bu təxribatının məqsədlərindən biri Krımı sudan məhrum etmək, Şimali Krım kanalına suyun verilməsini azaltmaqdır",-deyə o əlavə edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 6-06-2023, 16:21