AZ   |   RU
"Putinin təcili müraciəti" saxtadır - Peskov

 

Moskvada Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının bir sıra sərhədyanı rayonlarının ərazisinə guya daxil olması ilə bağlı saxta “Putinin təcili müraciəti” yayılıb. 
 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki,  müraciəti ən azı, Voronej və Rostov vilayətlərinin sakinləri dinləyiblər.


Məlumata görə, Kremlin spikeri Peskov artıq bunun saxta olduğunu bəyan edib.


Radioda səslənən "Putinin təcili müraciəti" saxtadır. Bu gün Putinin müraciəti olmayıb. Vəziyyətə nəzarət bərpa olunub", - deyə Peskov bildirib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 5-06-2023, 15:52