AZ   |   RU
"Rusiya və Türkiyə prezidentləri yaxın vaxtlarda görüşə bilərlər" - Peskov


Rusiya və Türkiyə prezidentləri yaxın vaxtlarda görüşə bilərlər.

Missiya.Az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın telefon danışığında yaxın gələcəkdə şəxsi görüş keçirmək niyyətlərini təsdiqlədiklərini deyib.

"Hazırda Putin və Ərdoğan arasında görüşün tarixi və yeri razılaşdırılır", - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az


  • 31-05-2023, 15:15