AZ   |   RU
Bu, İkinci Dünya müharibəsindən sonra Moskvaya ilk kütləvi hava hücumudur – Sergey Markov


"Bu, Aleksey Roqozin demişkən, dronların "ördək" kimi təyyarə tipli yeni modelidir".

Missiya.Az xəbər verir ki, Sergey Markov Moskvaya dron hücumuna dair Facebook hesabında paylaşım edib.

O, bildirib ki, Moskvaya hücumda 25 dron iştirak edib.

"Həmin dronlar 400 km-dən 1000 km-ə qədər məsafə qət edə bilir. Ona görə də nəzəri olaraq Ukraynadan uça bilərlər. Amma bu halda havadan müdafiə sistemi tərəfindən daha əvvəl qeydə alınacaqdılar. Buna görə də, çox güman ki, bu onlarla dron Moskvanın şəhərətrafı bölgələrində hansısa şirkətdə yığılıb, onu da Kiyevin kəşfiyyat agentləri gizli şəkildə alıblar", - deyə Markov əlavə edib.

Sergey Markov əlavə edib ki, bu, İkinci Dünya müharibəsindən sonra Moskvaya ilk kütləvi hava hücumu və İçkeriyalı terrorçuların terror hücumlarından sonra ilk partlayışlarıdır. Şəhər yeni dünyaya qədəm qoydu".

Zərintac Mayisqızı
Missiya.Az




  • 30-05-2023, 15:32