AZ   |   RU   |   Köhnə versiya

Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün vasitəçilik səylərimizi fəal şəkildə davam etdiririk


“Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün vasitəçilik səylərini fəal şəkildə davam etdirir. Bakı və Yerevanla XİN, MN, sərhəd xidmətləri xəttilə yaxından təmaslarımız qurulub. Son həftədə gərginliyi azalda bilmişik”.

Missiya.Az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Bu problemin davamlı və uzunmüddətli həlli üçün iki ölkə arasındakı sərhədin delimitasiyasını tez bir zamanda başlayıb, daha sonra demarkasiyasını həyata keçirməyin vacib olduğu qənaətindəyik. Bu işlərə dəstək verməyə hazır olduğumuzu bir daha bildiririk” – deyə rusiyalı rəsmi qeyd edib.

report


Baxış sayı: 78
  • 17-06-2021, 19:50