AZ   |   RU
Rusiya-Azərbaycan-Ermənistan Üçtərəfli İşçi Qrupunun iclası bu həftə baş tuta bilər

Bu həftə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin Üçtərəfli İşçi Qrupunun iclası keçirilə bilər.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, işçi qrupların görüşü çərçivəsində yalnız regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlər müzakirə olunacaq, gündəlikdə digər məsələlər yoxdur.



  • 30-05-2023, 12:47