AZ   |   RU
Fatmayı idmançıları yüksək yerlərə layiq görüldülər - Video + Fotolar



Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Alpaqut Turan Döyüş Sənəti üzrə açıq Bakı çempioantı başa çatıb.

Missiya.Az xəbər verir ki, Azərreyl İdman Kompleksində keçirilən çempionatda Abşeron rayon Fatmayı kəndinin təmsilçiləri olan idmançılar xüsusi fəallıqları ilə seçiliblər.

Ağayev Nazim Bahadur oğlu, Eyvazlı Bayram Hicran oğlu, Hüseynov Qoşqar Yıkmaz oğlu, Məmmədli Surat Mübariz oğlu, Babayev Nahid Ramil oğlu, Quluzadə Ağasif Asif oğlu birinci yerə, Ələsgərli Əliğa ramil oğlu, Məmmədov Şamil Kamil oğlu, İsgəndərov Azər Gündüz oğlu, Allahverdiyev İslam Maqsud oğlu ikinci yerə, Rəhimov Orxan Razi oğlu, Naibov Zamiq Natiq oğlu, Məmmədov Şahin Elnur oğlu, Mirzəyev Ağazadə Seyran oğlu üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, Haşımlı Sərvin Mahir oğlunun məşqçisi olduğu komanda ümumilikdə birinci yerə yüksəlib.


 




  • 22-05-2023, 14:58