AZ   |   RU
Rusiya gecə ərzində Ukraynaya 31 raket atıb

 

Rusiya ordusu son sutka ərzində Ukraynanın müxtəlif bölgələrinə 31 raket hücumu həyata keçirib.


Missiya.Az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada Rusiya ordusunun son 24 saat ərzində paytaxt Kiyev başda olmaqla Ukraynaya qarşı  raket hücumları ilə bağlı məlumat verilib.


Açıqlamada Rusiya qüvvələrinin dünən gecə Ukraynanın Mikolayiv və Konstantinivka şəhərlərinə "S300" və "Kalibr" tipli raketlərlə hücumları qeyd edilib.


Rusiya qüvvələrinin hücum zamanı 6 ədəd “Kinjal” hipersəs raketindən istifadə etdiyini xatırladaraq, 31 raketdən 2-nin havada partladığı, 25-nin isə Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.


Hüseyn Babayev

Missiya.Az



  • 17-05-2023, 12:36